AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncənin deputatı DYP-ni topa tutdu - Maşın nömrələri üçün rüşvət istənilir

  • + A
  • - A
  • 8-06-2021, 21:40


    Millət vəkili Müşfiq Cəfərov Gəncə şəhərində yerləşən rayonlararası qeydiyyat imtahan və texniki baxış şöbəsində baş verən özbaşınalıq və rüşvətxorluqdan danışıb.

    AzadMedia.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, şöbəyə yeni rəhbər təyin olunmasına baxmayaraq təşkilatda özbaşınalıq davam edir. Heç bir qanuna tələb olunmur.

    "Qanuna tabe olmamaq halları pik həddə çatıb. Sanki ölkə başçısı tərəfindən aparıılan antikorrupsiya tədbirlərinin bunlara aydiyyatı yoxdur".

    Müşfiq Cəfərov əlavə edib ki, sürücülülük vəsiqəsi üçün rüsumlar 58 manat 40 qəpik məktəb qeydiyyatına, 20 manat 40 qəpik imtahana giriş və 25 manat 40 qəpik sürüvülük vəsiqəsi üçün nəzərdə tutulub. Ümumilikdə bu rəqəm 104 manat 20 qəpik olduğu təqdirdə vətəndaşlardan 1000 manat pul istənilir.

    O həmçinin bildirb ki, qeydiyyat nişanı üçün 35 manat 40 qəpik, texniki baxış üçün rüsum 30 manat 40 qəpikdir. Bu isə ümumilikdə 65 manat 80 qəpik olduğu təqdirdə isə vətəndaşdan 350 manat tələb olunur.

    Millət vəkili bu halların qarşısın almaq üçün sözügedən qurumun bütün səlahiyyətlərin ASAN xidmət mərkəzlərinə verilməsin tələb edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR