AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Panikaya düşüb, əlinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin” – İqtisadçı-ekspert

  • + A
  • - A
  • 10-03-2020, 14:19

    “Panikaya düşüb, əlinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin” – İqtisadçı-ekspert


    “Panikaya düşüb, əllərinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin. Heç bir təşvişə ehtiyac yoxdur”.
    Bu sözləri tanınmış iqtisadçı ekspert Pərviz Heydərov deyib.
    O bildirib ki, neftin dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına geniş mənada təsir etməyəcək: “2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatı və ya 47,0 faizi ARDNF-dan transfer təşkil edir. Belə ki, bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, həyata keçiriləcək. Yəni, hər il olduğu kimi. Və beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq və çıxmaq iqtidarında da olmayacaq. Maaş və pensiyaların ödənilməsində heç bir çətinlik, problem və sair yaranmayacaq. Dünya bazarlarında neftin qiyməti ilə bağlı yaranmış vəziyyət hesab edirəm ki, müvəqqətidir.
    İqtisadçı deyib ki, manatı dollara çevirmək üçün də lüzum yoxdur: “Ölkədən kənara çıxmırsızsa, əlinizdə və ovcunuzdakı manatı xarici valyutaya dəyişmək mənasızdır. Boş yerə gərginlik yaratmayın”. (azxeber.com)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR