AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına mühüm təsir göstərəcək

  • + A
  • - A
  • 5-07-2021, 15:30

    Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına mühüm təsir göstərəcək

    Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət və bu siyasətin əsas istiqamətlərindən biri olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Xüsusilə texnoparkların və sənaye zonalarının yaradılması sayəsində qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artmaqda davam edir.

    Bu fikirləri Azadmedia.az a açıqlamasında Milli Məclisinin deputati Anar Məmmədov deyib.

    Onu vurğulamaq lazımdır ki, əlverişli coğrafi mövqeyə və təbii iqlim şəraitinə, zəngin təbii sərvətlərə, kifayət qədər əmək resurslarına, inkişaf etmiş beynəlxalq əhəmiyyətli su, hava, dəmir yoluna, özünəməxsus istehsal potensialına malik Azərbaycan dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunur. Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Qloballaşmanın tələblərinə, pandemiyanın dünyada yaratdığı böyük maliyyə çətinliklərinə, hazırkı beynəlxalq iqtisadi sistemin xüsusiyyətlərinə diqqət etdikdə aydın olur ki, heç bir ölkə dünya iqtisadi birliyindən kənarda uğurla inkişaf edə bilmir.

    Düzgün müəyyənləşdirilmiş strategiya, daxili imkanlardan düşünülmüş şəkildə istifadə edilməsi nəticəsində Azərbaycanın qədim İpək Yolu boyunca ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa etməsi, Şərqlə Qərbi, habelə Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin yolu üzərində yerləşməsi respublikamızın Avrasiyanın regional mərkəzinə çevrilməsinə, qloballaşma prosesləri baxımından onun həm regional, həm də beynəlxalq layihələrdə rolunu və əhəmiyyətini daha da artırır.

    Prezident İlham Əliyevin iyulun 1-də təməlqoyma mərasimində iştirak etdiyi Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına mühüm təsir göstərəcək. Çünki Prezident İlham Əliyev də çıxışlarında azad iqtisadi zonaların ölkələrin ticarət dövriyyəsinə müsbət təsirindən söz açaraq bildirib ki, bu iqtisadi əlaqə ölkələri və xalqları daha da yaxınlaşdırır, dostluq münasibətləri yaradır və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.

    İndiyədək azad iqtisadi zonalar mövcud olduqları ölkələrdə iqtisadi inkişafa böyük töhfələr verib. Azərbaycanın da bu təcrübədən istifadə etməsi, şübhəsiz ki, ölkəmizə yeni uğurlar qazandıracaq. Ələt Azad İqtisadi Zonasının yüksək səviyyədə fəaliyyət göstərməsi üçün ölkəmizdə lazım olan bütün imkanlar mövcuddur.

    Ümumi sahəsi 850 hektarı əhatə edən zonanın 60 hektarında layihələndirmə işləri tamamlanıb və inşaat işlərinə başlanılıb. Burada investorların fəaliyyətə başlaması üçün lazım olan bütün zəruri infrastruktur yaradılacaq. Azərbaycanın dünya birliyində ən uğurlu gənc dövlət kimi qəbul olunması, Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülməsi və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlindəki yüksək mövqeyə sahib olması dünya miqyasında çox böyük nailiyyətdir. Bütün bu şərtlər Ələt Azad İqtisadi Zonasının qısa zaman ərzində investorları qəbul etməyə hazır olduğunu göstərir.

    Ələt Azad İqtisadi Zonasının fəaliyyət başlaması ölkəmizdə iqtisadi inkişafa təkan verməklə yanaşı, sosial məsələlərin həllinə də geniş imkanlar açacaq. İlkin hesablamalara görə, bu iqtisadi zonada 10 min yeni iş yeri açılacaq. Belə hal insanların gəlir əldə etməsinə və öz güzəranlarını yaxşılaşdırmağa imkan verəcək.

    Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ələt Azad İqtisadi Zonasının ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Beləliklə, bir ildən sonra – gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb”.

    İndi əsas vəzifə təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkətlər, investorlar üçün cəlbedici etməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR