İlham Məmmədov
Millət Vəkili
Xalqımız radikal müxalifətçiləri uzun illərdir ki yaxşı tanıyır və onların bütün fəaliyyətinin saxtakarlıq, satqınlıq üzərində qurulması hamıya məlumdur. Onlar üçün Vətən, torpaq, dövlət məfhumu yoxdur, ancaq öz maddi maraqlarını, mənafelərini güdürlər. Heç bir siyasi dünyagörüşü olmayan, meydan və küçələrdə ətraflarına beş-on nəfər toplaşan kimi "milli qəhrəmana", “Vətən fədaisinə” çevrilən radikal müxalifət nümayəndələri özlərini “lider” adlandıraraq, bütün zəruri siyasi cəhətləri bir kənara qoyub yalnız “hakimiyyətə gələcəyik” deyib insanlara yalan vədlər verməklə daxili sabitliyi pozmağa çalışırlar.Həmin radikal müxalifətçilərdən biri də məhz Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyevdir ki, bir neçə gün öncə Jirnovskinin fikirlərinə istinad edərək, pafoslu, ağzı köpüklənə-köpüklənə etdiyi şər-böhtan xarakterli çıxışları ilə bir daha sübuta yetirdi ki, onun fəlsəfəsi yalan və böhtanla təzahür olunur. Təsadüfü deyil ki, sosial şəbəkələrin erməni seqmentində ermənilər özləri etiraf etdi ki, 30 il ərzində həm Heydər Əliyev, həm də İlham Əliyev vətənpərvər ruhlu, xalqın sevən Azərbaycan gənci yetişdirdi. Bilirsiz niyə? Çünkü hər iki lider 30 il ərzində hər zaman qeyd etdilər ki, torpaqlarımız işğal altındadır və biz bununla barışa bilmərik. Biz öz torpaqlarımızı gec-tez işğaldan azad edəcəyik. Məhz həmin məğrur çıxışların, rasional və praqmatik daxili və xarici siyasətin bariz nümunəsidir ki, bu gün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur.
Hətta ermənilərin də qəbul etdiyi həmin həqiqətləri qəbul etmək istəməyən Əli Əliyev kimi radikallar da da yaratdıqları şou xarakterli dezinformasiyaları kütləviləşdirməklə öz çirkin niyyətlərini həyata keçirməyi düşünürlər. Əli Əliyev və onun kimi cılız, saxta düşüncəli radikallar niyə illər öncə özü kimi saxtakar rəhbərlərin məsuliyyətsizliyinə görə işğala məruz qalan torpaqlarımızın ərazi bütövlüyündən danışmır? Ancaq bu gün cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın möhtəşəm Qələbəsinin şanlı tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunması Əli Əliyev kimi kor ünsürlərin gözünə görünmür.Bəli bunun bir cavabı vardır. Axı real faktları görmək və səsləndirmək həmin qrupdan olan radikal müxalifətçilərin xarici ölkələrdən maliyyələşməsini dayandıra bilər.Ölkədə sabitliyi pozub, qarşıdurma mühiti yaradıb öz çirkin niyyətlərini həyata keçirməyə çalışan Əli kimi saxtakarlar həqiqətləri qəbul etməlidir və bilməlidirlər ki, Ölkə Prezidenti cənab İlham Əliyev düşmən işğalı zamanı öz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini unutmadan çalışıb,soydaşlarımızın 30 illik Vətən həsrətinə son vermiş Müzəfər Sərkərdəmizdir. Möhtəşəm tarixi Qələbəmizə kölgə salmaq istəyən çirkin əməlli Əli Əliyev kimi satqınlığa meyilli saxtakarlar unutmamalıdır ki, gecə-gündüz xalqının və Vətəninin gələcəyini düşünərək bütün qüvvəsini torpaqlarımızın ərazi bütövlüyü üçün səfərbər edib, bu gündə dillərdə dastan olan Dəmir Yumruq əməliyyatını həyata keçirməklə Azərbaycana son 200 ildə misli görünməyən Böyük Qələbəni yaşadan Ali Baş Komandanımız Cənab İlham Əliyev həmin uğrulu əməliyyatı həyata keçirməklə Ermənistanın məğlubedilməzlik mifini darmadağın edib, düşməni uzun illər bərpası mümkün olmayan kapitulyasiyaya uğratdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.