AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova: “Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biridir”

  • + A
  • - A
  • 7-04-2025, 11:51

    Sahibə Qafarova: “Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biridir”

    “Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin bir sıra təşəbbüsləri Hərəkat üzvləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və çoxşaxəli əməkdaşlığın gücləndirilməsi, habelə onun institusional inkişafı üçün həyati əhəmiyyət kəsb edib”. Bu fikri Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib.
    2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın sədrlik prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracağını, ədaləti və beynəlxalq hüquq normalarını qətiyyətlə müdafiə edəcəyini, Qoşulmama Hərəkatının rolunu və nüfuzunu daha da artırmaq üçün çalışacağını vurğuladığını xatırladan spiker Sahibə Qafarova Parlament Şəbəkəsinin yaradılmasını da Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR