AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eldar Mahmudovun həbsdəki qohumu şikayətini geri götürdü RABİTƏ İŞİ - GƏLİŞMƏ

  • + A
  • - A
  • 17-01-2019, 12:42

    Eldar Mahmudovun həbsdəki qohumu şikayətini geri götürdü RABİTƏ İŞİ - GƏLİŞMƏ
















    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

    Open.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, Beytulla Hüseynov, Cəlil Cəfərov, Namazalı Məmmədov, Oqtay Rüstəmov verdikləri kassasiya şikayətlərini geri götürüb.

    Vidadi Zeynalov və Emin Məmmədovun vəkilləri müvəkilləri ilə məsləhətləşmək üçün bir həftə vaxt istəyib.

    Məhkəmədə təqsirləndirilən şəxslər iştirak etməyib.

    Proses yanvarın 30-a qədər təxirə salınıb.

    Qeyd edək ki, Vidadi Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər. Onlar əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər.

    Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynov ona verilən cəzadan narazıdır. O, barəsində bəraət hökmünün çıxarılmasını və üzərində həbs olan əmlaklarının özünə qaytarılmasını istəyir.

    Digər məhkumlarda günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını və bəzi əmlaklarının üzərinə qoyulan həbslərin götürülməsini istəyiblər.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevəin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

    Bakı Apellyasiya Məhkəməsində Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası 7 il 6 ay salınıb.

    Namazalı Məmmədov, Emin Məmmədov, Anar Mustafayev və Qəmbər Beybalayev barəsində isə şərti cəza tədbiq edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

    Onu da qeyd edək ki, mətbuatda Beytulla Hüseynovun sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olduğu bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR