AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Ombudsman and içdi

  • + A
  • - A
  • 29-11-2019, 14:30

    Yeni Ombudsman and içdi


    Azərbaycanda yeni seçilən Ombudsman Səbinə Əliyeva bu gün Milli Məclisdə and içib.
    S.Əliyeva bildirib ki, öz vəzifəsini şərəf və ləyqaətlə yerinə yetirəcək:

    “Əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün səylərimi əsirgəməyəcəm”, - deyə o əlavə edib.
    Yeni Ombudsman bildirib ki, vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən, yetkinlik yaşına çatmayan, əlillərin və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi Ombudsman işinin prioritet istiqaməti olaraq qalmaqdadır:

    “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüququ və azadlılarının bərpası bu işin mühüm tərkib hissələrindəndir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR