Ölkəmizdə səfərdə olan Braziliya Milli Konqresi Senatının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, senator Antonio Anastasia noyabrın 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.
Qonaq görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsini anıb.
Sonra braziliyalı senator Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüb.
Daha sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.