AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Volodimir Zelenski İtaliya parlamenti qarşısında çıxış edib

  • + A
  • - A
  • 23-03-2022, 09:20

    Volodimir Zelenski İtaliya parlamenti qarşısında çıxış edib

    Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya parlamenti qarşısında çıxış edib.
    Azadmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliya Senatının və Nümayəndələr Palatasının birgə iclasına videokonfrans vasitəsilə qoşulan V.Zelenski Ukraynadakı hazırkı vəziyyət barədə məlumat verib, Avropanın rəsmi Moskvaya qarşı sanksiyalarının artırılmasını tələb edib.
    O, İtaliyanın müharibədən qaçan ukraynalıları qəbul etməsini həmişə xatırlayacaqlarını bildirib.
    İtaliyanın Baş naziri Mario Draqi isə çıxışında ölkəsinin Ukraynanın Avropa İttifaqına üzv qəbul edilməsini dəstəklədiyini vurğulayıb.
    M. Draqi fevralın sonlarından bəri İtaliyanın 60 mindən çox ukraynalını qəbul etdiyini deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR