AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vasitəçilərin destruktiv siyasəti ifşa olunur - ANALİTKA

  • + A
  • - A
  • 4-01-2023, 13:36

    Vasitəçilərin destruktiv siyasəti ifşa olunur - ANALİTKA

    44 günlük müharibə Moskvanın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirdi və Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığını artırdı. Lakin bu taktiki üstünlüyün uzunmüddətli strateji qələbəyə çevrilməsi üçün Moskva zəruri addımlar atmadı: öhdəliklərin icrası məqsədilə Ermənistana təzyiqlər göstərilmədi. 2021-ci ildə Moskva bunu etmək istəmədi, 2022-ci ildə isə artıq bacarmadı.

    Brüsselin vasitəçiliyinə böyük ümidlər var idi. Lakin Fransa prezidentinin birtərəfli və qərəzli bəyanatları, Senat və Milli Assambleyanın isə əsassız və iftiradolu qətnamələri bu formatın taleyini qeyri-müəyyən etdi. Danışıqların Brüssel formatında bərpa edilməsi üçün Makron şəxsən və ya Ş.Mişel vasitəsilə bu formatdan kənarlaşdığını bəyan etməlidir. Amma görünən odur ki, Frasanın CQ siyasəti bir yerli icmanın maraqlarına qədər daralıb.

    ABŞ sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əməldə bunu göstərmir. Son iki ildə ABŞ-ın Azərbaycandakı səfiri bir dəfə də olsun Şuşaya səfər etmədi. Əvəzində L.Treysi bu müddət ərzində baş verən bütün toqquşmalarda Azərbaycanı günahlandırdı, yeni səfir K.Kvin isə öz təyinatı ilə bağlı Senat dinləmələrində Azərbaycanın məsuliyyətə cəlb edilməsi məqsədilə əlindən gələni edəcəyini Konqresdəki erməni kokusunun üzvü R.Menendezə söz verdi.

    Görünən odur ki, Ermənistan və vasitəçilər yaxın aylarda destruktiv siyasətdən əl çəkməyəcəklər. Bu isə regional sabitliyə və Azərbaycanın milli təhlükəsizliyinə real təhdidlər formalaşdırıb, Bakını məsələni güc yolu ilə həll etməyə məcbur edə bilər.
    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
    @cssc_cqtm


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR