AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan BMT-yə üzv dövlətləri ciddi islahatlara çağırıb

  • + A
  • - A
  • Dünən, 23:22

    Ərdoğan BMT-yə üzv dövlətləri ciddi islahatlara çağırıb

    Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan üzv ölkələri BMT-yə bütün bəşəriyyətin ümidi adlandırılmaq hüququnu qaytarmaq üçün təşkilatda ciddi islahatlar aparmağa çağırıb.
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 80 illiyinə həsr olunmuş tədbir iştirakçılarına videomüraciət edib:

    "Aydındır ki, BMT-nin üzərinə düşən vəzifələri yerinə yetirməyə davam etməsi üçün ciddi islahatlara ehtiyac var. İnanıram ki, Fələstin xalqının uzun illərdir məruz qaldığı vəhşiliklər qarşısında onun yenidən qlobal ədaləti təmsil edən platformaya çevrilməsində hamımız məsuliyyət daşıyırıq".

    Türkiyə lideri, həmçinin BMT-nin bütün üzvlərini təşkilatın 80 illik yubileyi münasibətilə təbrik edib və qeyd edib ki, yarandığı gündən əsas məqsədlərinə - qlobal sülhün və təhlükəsizliyin təmin edilməsinə, beynəlxalq əməkdaşlığın inkişafına nail olmaqda ciddi uğurlar əldə edib.

    Türkiyə Prezidenti BMT-yə üzv olan ölkələri onun qurucularının 80 il əvvəl göstərdiyi qətiyyəti göstərməyə - təşkilatı beynəlxalq sülhü, firavanlığı, qarşılıqlı etimadı və həmrəyliyi bərpa edə bilməsi üçün gücləndirməyə çağırıb.

    Ərdoğan qeyd edib. Türkiyə “Təşəbbüs 80” də daxil olmaqla bütün islahatları dəstəkləməyə, BMT-nin yenilənmiş effektiv, səmərəli və maliyyə cəhətdən dayanıqlı strukturunun formalaşmasında fəal iştirak etməyə hazırdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR