AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT Milli Xalça Muzeyinə ekskursiya təşkil etdi - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 12:13

    QHT Milli Xalça Muzeyinə ekskursiya təşkil etdi - FOTOLAR


    “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İctimai Birliyi Milli Xalça Muzeyinə ekskursiya təşkil etdi.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyi (TTXMİDİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Bakıdakı Yunus Əmrə İnstitutunun tərəfdaşlığı ilə artıq iki aydır ki, toxuculuq və ebru sənəti bu sahələrə maraq göstərən uşaq evlərindən olan gənc qızlara, 1-ci və 2-ci qrup fiziki qüsurlu xanımlara, evdar, işsiz qadınlara, məktəblilərə yüksək ixtisaslı sənətkarlar tərəfindən kurslar şəklində tədris edilib öyrədilməkdədir.

    Layihədə nəzərdə tutulmasa da, bu yaxınlarda layihə rəhbəri və ictimai birliyin sədri Zərnişan Azayeva şəxsi təşəbbüsü ilə kurs iştirakçılarının Milli Xalça Muzeyinə ekskursiyasını təşkil etdi. Muzeyin rəhbərliyi ictimai birlik tərəfindən öncədən rəsmi məktubla məlumatlandırılmışdı, onlar üçün xüsusi ekskursavod ayrılmışdı. Muzeydə azərbaycanlılara və digər türk xalqlarına məxsus qədim toxuculuq sənəti nümunələri - xalçalar, kilimlər, şəddələr, müxtəlif dövrlərə məxsus məişət əşyaları, mis qablar, milli geyim dəstləri, kələğayılar, rəsm sənəti nümunələri öyrənməyə böyük həvəs göstərən xanımlar üçün çox maraqlı oldu.

    Muzeyi ziyarət edəndən sonra şəhərə gəzinti təşkil edildi. Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya, gəzinti sənətsevər xanımların ürəyincə oldu, hamısı Milli Xalça Muzeyində ilk dəfə olduqlarını bildirdilər və layihə rəhbərinə təşəkkür etdilər.

    Qeyd edək ki, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyinin sədri Zərnişan Azayeva Əməkdar jurnalistdir, uzun illər dövlət televiziyası olan AzTV-də böyük redaktor kimi fəaliyyət göstərmiş, dəfələrlə Milli Xalça Muzeyindən Azərbaycan incəsənəti və mədəniyyətinin, qədim toxuculuq sənətimizin dünya miqyasında tanıdılması, təbliği məqsədi ilə geniş formatlı verilişlər, sənədli filmlər hazırlamışdır.

    Fotolar










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR