AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır

  • + A
  • - A
  • Bu gün, 09:53

    “Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır

    Bu ilin 7 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 419271 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
    Ötən ilin yanvar-iyul aylarında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17,5% idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,4%-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.
    Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 330 reys olmaqla 376 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
    Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
    Xatırladaq ki, “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR