AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağ Ev: ABŞ Şimal Axını partlayışları ilə bağlı araşdırmaların nə vaxt başa çatacağını bilmir

  • + A
  • - A
  • 23-03-2023, 00:54

    Ağ Ev: ABŞ Şimal Axını partlayışları ilə bağlı araşdırmaların nə vaxt başa çatacağını bilmir

    Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmaların nə qədər müddətə bitəcəyi ilə bağlı məlumatı olmadığını, Vaşinqtonun heç bir şəkildə iştirak etmədiyini deyib. Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    “Mənim (araşdırmaların başa çatma vaxtı) vaxtı barədə məlumatım yoxdur. Biz hələ də bunun təxribat olduğuna inanırıq və Birləşmiş Ştatlar heç bir şəkildə buna qarışmayıb”, - Kirbi bildirib.

    Bundan əvvəl amerikalı jurnalist Seymur Herş bildirmişdi ki, ABŞ prezidenti Co Bayden Ukraynadakı döyüş meydanındakı vəziyyətə görə Rusiyanın “Şimal axını” qaz kəmərlərini zədələmək qərarına gəlib.

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribatın səbəblərini yalnız Rusiya Federasiyası nümayəndələrinin məcburi iştirakı ilə hərtərəfli və açıq beynəlxalq araşdırma müəyyən edə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR