İsraildə siyasətçilər arasında parçalanma özünü açıq büruzə verir. Azadmedia.az xəbər verir ki, etirazlar fonunda bəzi siyasətçilər islahatı dayandırmağa çağırışlar etməyə başlayıblar. İsrailin müdafiə naziri Yoav Qalant dəyişikliyə ehtiyac olduğunu etiraf edib, lakin bununla bağlı müzakirələrin orduda parçalanmaya səbəb olacağı barədə xəbərdarlıq edib. Ertəsi gün o, vəzifəsindən uzaqlaşdırıldı.
Müdafiə nazirinin istefası yeni etirazlara və İsrailin Nyu-Yorkdakı baş konsulu, keçmiş turizm naziri Asəf Zamirin istefasına səbəb olub. Bir neçə şəhər və rayon rəhbəri Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında aclıq aksiyası keçirmək niyyətində olduqlarını bəyan ediblər. İsrail prezidenti Yitzhak Herzog hökumətə müraciət edərək islahatları dərhal dayandırmağa çağırıb.
Hakim koalisiyanın özündə də fikir ayrılıqları başlayıb. Dini Sionizm partiyasına rəhbərlik edən maliyyə naziri Bezalel Smotriç dəyişikliklərin dayandırılmasının əleyhinə olmadığını, Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Gücü Partiyası isə “anarxiya qarşısında təslim olmamağa” çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.