AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bir gündə iki ölüm hadisəsi baş verən ordu korpusunda olub

  • + A
  • - A
  • 10-01-2024, 15:57

    Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bir gündə iki ölüm hadisəsi baş verən ordu korpusunda olub

    Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Respublika Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunda olub və bölmələrdə baş vermiş insidentləri komandanlıqla müzakirə edib.

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Asryan baş verənlərin səbəblərini düzgün aydınlaşdırmaq, eləcə də gələcəkdə bunun baş verməməsi üçün mümkün olan hər şeyi etməyi tapşırıb.

    Əsryan döyüş növbətçiliyi zamanı nizamnamə münasibətlərinə ciddi nəzarət etməyi, təhlükəsizlik qaydalarına riayət etməyi, nizam-intizamın yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görməyi tələb edib.

    Həmçinin Ermənistanın Ombudsmanı Anahit Manasyan ölümlə nəticələnən hadisələrlə bağlı ölkənin Müdafiə Nazirliyi və Prokurorluğuna müraciət edib.

    Manasyanın sosial şəbəkələrdə qeyd etdiyi kimi, hadisələrdən biri ilə bağlı artıq yazılı müraciətlər göndərilib, ikincisi ilə bağlı lazımi tədbirlər görülür.

    Ombudsman vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələrində belə hallar yolverilməzdir və hədsiz narahatlıq doğurur. Belə hallarla bağlı səmərəli araşdırmaların aparılması, eləcə də gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi çox vacibdir.

    Manasyan xatırladıb ki, o, bu məsələ ilə bağlı dəfələrlə dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirələr təşkil edib, öz təkliflərini irəli sürüb.

    Qeyd edək ki, bir gündə, yanvarın 9-da Geqarkunik bölgəsindəki mövqelərdə (2-ci Korpusun məsuliyyət zonasına daxildir) iki ölümlə nəticələnən insident baş verib.

    Bundan əvvəl bildirilmişdi ki, yanvarın 9-da saat 06:20-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin döyüş mövqeyində müqaviləli əsgər Karen Karapetyanın güllə yarası ilə meyiti aşkar edilib. Faktla bağlı cinayət işi açılıb, Karapetyanın həmkarı saxlanılıb. Sonradan məlum olub ki, həmin gün saat 11:30-da baş leytenant Mikael Danielyanın güllə yarası ilə meyiti başqa mövqedən aşkar edilib. Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR