AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda müxalifət konstitusiyanın dəyişdirilməsi əleyhinə hərəkat yaradır

  • + A
  • - A
  • 7-02-2024, 11:09

    Ermənistanda müxalifət konstitusiyanın dəyişdirilməsi əleyhinə hərəkat yaradır

    Ermənistanda müxalifət konstitusiyanın dəyişdirilməsi əleyhinə hərəkat yaradır.

    Belə ki, “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan ölkədə təklif olunan konstitusiya islahatlarını konstitusiya çevrilişi adlandırıb.

    Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə ölkəyə konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac olduğunu bildirib. Xarici işlər naziri Ararat Mirzoyan isə gizlətməyib ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyalarında hüquqi problemlər görüb, təqdim edirlər.

    "Konstitusiya islahatlarının izi ilə Ermənistan dövlətçiliyini məhv etməyə cəhd edilir. Onlar ölkəni yarımdövlət quruluşuna çevirirlər", - Çalabyan bildirib.

    Siyasətçi qeyd edib ki, “yeni konstitusiya”nın qəbulu Ermənistanın Müstəqillik Bəyannaməsinin ləğvidir.

    "Biz təslim olmaq niyyətində deyilik və bu plana qarşı mübarizə aparacağıq. Müstəqillik uğrunda mübarizədə vahid cəbhə yaradacağıq və and içmiş düşmənlərimiz tərəfindən erməni dövlətçiliyinin dağılmasına imkan verməyəcəyik", - Çalabyan bildirib.

    O, bütün milli qüvvələri bu hərəkata qoşulmağa çağırıb. Çalabyan qeyd edib ki, yeni konstitusiyanın qəbulu üçün qərar parlamentdə konstitusiya çoxluğu (deputatların 2/3) tərəfindən qəbul edilməli, layihə Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir və referendum zamanı seçicilərin ən azı ¼-i səs verməlidir.

    "Bizim mübarizəmiz hakimiyyət orqanlarının bu mərhələlərin heç birini aşa bilməməsini təmin etmək məqsədi daşıyacaq" dedi koordinator.

    Siyasətçi qeyd edib ki, konstitusiya islahatları prosesi ən azı bir il davam edəcək və bu müddət ərzində güclü hərəkat yaratmaq mümkündür.

    Yanvarın 19-da baş nazir hökumətin iclasında bildirib ki, ölkəni “yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli” edəcək yeni Əsas Qanuna ehtiyac var. Lakin mətbuatda Ermənistan hakimiyyətinin Azərbaycanın təzyiqi ilə Konstitusiyaya dəyişiklik etmək qərarına gəldiyi barədə məlumatlar yer alıb. İki həftə sonra İlham Əliyev İrəvanla sülh müqaviləsinin yalnız Ermənistanın yeni Konstitusiyası qəbul ediləcəyi təqdirdə imzalanacağını bildirdi.
    Azadmedia.sz xatırladır ki, Ermənistanın müstəqillik bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Bəyannamədə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-nin və Dağlıq Qa­rabağın birləşdirilməsi haqqında” birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, soyqırımına məruz qalmasından da bəhs olunur. Həmçinin, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir. Birsözlə, bəyannamədə Azərbaycana və Türkiyəyə birbaşa ərazi iddiası öz əksini tapıb. Ermənilərin 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunmuş konstitusiyasının preambulasında isə müstəqillik bəyannaməsinə istinad olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR