Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə İspaniyanın paytaxtı Madriddə Dünya Triatlon Federasiyasının rəhbəri Marisol Kasado və baş katib Antonio Arimani ilə görüşüb. Bu barədə FTA-dan məlumat verilib.
Görüş zamanı Azərbaycanda triatlonun inkişafı müzakirə olunub.
Beynəlxalq təşkilatın bu il Azərbaycanda təlimçilər üçün seminar keçirməsi barədə razılıq əldə olunub.
Qeyd olunur ki, əsas müzakirə mövzusu dünya çempionatının Bakıda keçirilməsi olub. Mötəbər yarışın 2025-ci ildə Azərbaycanın paytaxtında keçirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.