AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Burada özümü evimdəki kimi hiss edirəm” – Prezident İlham Əliyev

  • + A
  • - A
  • 7-09-2018, 12:24

    “Burada özümü evimdəki kimi hiss edirəm” – Prezident İlham Əliyev














    “İlk növbədə, xanım Prezident, məni Xorvatiyaya dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Mən, siz qeyd etdiyiniz kimi, Xorvatiyada özümü evimdəki kimi hiss edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etmək mənim üçün çox xoşdur”.

    Bu sözləri prezident İlham Əliyev xorvatiyalı həmkarı Kolinda Qrabar-Kitaroviçlə görüşdən sonra mətbuata bəyanatında deyib:

    “Bizim siyasi dialoqumuz çox fəal aparılır. Xanım Prezident qeyd etdiyi kimi, biz tez-tez görüşürük. İki il bundan əvvəl xanım Prezident Azərbaycanda rəsmi səfərdə idi. Səfər çox uğurlu keçmişdir və çox gözəl nəticələri olmuşdur. Keçən il biz bir beynəlxalq konfrans çərçivəsində görüşmüşdük. Bu gün də mən Xorvatiyadayam. Bu, göstərir ki, siyasi dialoq çox fəaldır. Bu, onu göstərir ki, Xorvatiya və Azərbaycan doğrudan da strateji tərəfdaşlardır. Xanım Prezidentin qeyd etdiyi kimi, beş il bundan əvvəl Zaqrebdə bu barədə Bəyannamə imzalanmışdır.

    Strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir. Bu gün bir çox məsələlər müzakirə olundu. Xanım Prezident bu barədə məlumat verdi. Öz tərəfimdən qeyd edim ki, biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik. Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda, müştərək investisiya layihələri də icra edilə bilər.

    Əlbəttə ki, bizim energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanmışdır. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR