İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatı
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Xətai, Nizami, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır.
Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.
Narahatlığa görə abonentlərdən üzr istəyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.