AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fazil Məmmədovun başı vergi yoxlamaları ilə dərddə

  • + A
  • - A
  • 5-11-2018, 10:29

    Fazil Məmmədovun başı vergi yoxlamaları ilə dərddə















    Bir vaxtlar sahibkarlara göz verib, işıq verməyən eks-vergilər naziri Fazil Məmmədov özü yoxlamalara məruz qalıb.

    Modern.az-a daxil olan məlumata görə, hazırda Türkiyədə müalicə alan sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır.

    Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib.

    Qeyd edək ki, F.Məmmədov Türkiyəyə aparılmamışdan əvvəl Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb. F.Məmmədov hazırda Türkiyədəki “American Hastanesi”ndə müalicə alır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR