AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qızıl medalla qəbul" təklifi qanun layihəsindən çıxarıldı

  • + A
  • - A
  • 7-12-2018, 11:51

    "Qızıl medalla qəbul" təklifi qanun layihəsindən çıxarıldı















    Azərbaycanda məktəbi qızıl medalla bitirən şagirdlərin universitetə yalnız bir imtahan verərək qəbul olunması ilə bağlı təklif yeni hazırlanan "Ümumi təhsil haqqında" qanun layihəsindən çıxarılıb.

    "Report"un xəbərinə görə, buna səbəb müzakirələr zamanı ekspertlərin təklifə müsbət rəy verməməsi olub. Qanun layihəsinin 13-cü (ümumi təhsilin təşkili) maddəsinin 18-ci bəndinə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif olunurlar. Bu, "Təhsil haqqında" qanunda da əksini tapıb.

    Yenilik 9-cu bəndlə bağlı idi: "Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar". Bu bənd (güzəşt) qanun layihəsindən çıxarılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR