AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DGK sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirdi

  • + A
  • - A
  • 15-12-2018, 11:23

    DGK sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirdi














    Sosial şəbəkələrdən birində Lyaman Pirkukh adı ilə qeydiyyatdan keçən şəxs öz profilində Belarusdan gətirdiyi ev heyvanı – itin Heydər Əliyev Beynəlxalq Aeroportunun yük terminalında çətin şəraitdə saxlanılması, gec təhvil verilməsi, terminalda veterinarın olmaması və ona qarşı kobud rəftar edilməsi ilə bağlı məlumat paylaşıb.

    Dövlət Gömrük Komitəsindən Minval.İnfo-ya verilən məlumata görə, yük terminalındakı şəraitə görə gömrük orqanları cavabdeh deyil və gömrük xidməti yalnız ölkəyə gətirilən yüklərin rəsmiləşdirilməsi prosesini həyata keçirir. Eyni zamanda, gömrük əməkdaşlarının həmin şəxsə qarşı kobud rəftarı ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir.

    Bundan başqa, mövcud qanunvericiliyə görə xaricdən ölkəyə gətirilən heyvanların gömrük rəsmiləşdirilməsinin qeyri-iş saatlarında həyata keçirilməsi və sahibinə təhvil verilməsi üçün həmin heyvanın sahibi və ya onun səlahiyyətli nümayəndəsi əvvəlcədən gömrük orqanına rəsmi şəkildə müraciət etməlidir. Aparılan araşdırma zamanı məlum olub ki, həmin şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin gömrük orqanlarına bu mövzuda müraciəti daxil olmayıb və itin sahibi olan xanım da bunu təsdiq edir.

    Onu da qeyd edək ki, yükü daşıyan təyyarə saat 03:40-da hava limanına eniş edib, yükün sahibi olan vətəndaş isə saat 05:15-də terminala yaxınlaşıb. Vətəndaş gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etmədiyindən ona bu sənədin tərtib olunaraq gömrük orqanına təhvil verilməsi bildirilib. Sənəd təqdim edildikdən sonra gömrük rəsmiləşdirilməsi operativ şəkildə həyata keçirilərək ev heyvanı sahibinə təhvil verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR