AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bəzi musiqi məktəbləri bağlanacaq, müəllimlər işdən çıxarılacaq - İslahatlar başlayır

  • + A
  • - A
  • 25-01-2019, 17:07

    Bəzi musiqi məktəbləri bağlanacaq, müəllimlər işdən çıxarılacaq - İslahatlar başlayır















    Prezident İlham Əliyev yanvarın 15-də "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.

    CAHAN.İNFO qaynarinfo-ya istinadən xəbər verir ki, nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün komissiya yaradılması ilə bağlı ölkə başçısı tərəfindən göstəriş verilib.

    Əldə etdiyimiz məlumata görə, rayon regional mədəniyyət idarələri nazirliyə tabe olan müəssisələrin, o cümlədən kitabxanaların, musiqi məktəblərinin, muzeylərin fəaliyyətini yoxlamağa başlayıblar.

    Bildirilir ki, yanvar ayından etibarən musiqi məktəblərində dərs saatları təxminən 100-120 saat azaldılacaq və ümumilikdə müəllimlərin maaşından 1611 manat kəsiləcək. Bundan başqa tədris aparan şəxslərin bilik səviyyəsi yoxlanılacaq. Əmək Məcəlləsinə əsasən tədrisi aparan şəxsin bilik səviyyəsi müvafiq tələblərə cavab vermirsə, həmin şəxslər işdən azad olunacaq və müəllimlik fəaliyyətinə son veriləcək.

    Növbəti mərhələdə isə fəaliyyəti tələblərə cavab verməyən musiqi məktəbləri, digər mədəniyyət mərkəzləri ləğv olunacaq.

    Qeyd edək ki, bir müddət öncə Mədəniyyət Nazirliyinin Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Azərtac-a müsahibəsində bu məsələlərə aydınlıq gətirib. O, bildirib ki, bu islahatların aparılmasında məqsəd büdcə vəsaitlərinin qənaətlə və daha səmərəli istifadəsini təmin etməkdir:

    "Qəbul edilən bu qərarlar ölkəmizdə mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, müasir yanaşma, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkili, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, büdcə vəsaitlərinin qənaətlə və daha səmərəli istifadəsini təmin etmək məqsədi daşıyır. Ölkə başçısının yanvarın 15-də imzaladığı Fərmanı dövrün və zamanın tələblərinə cavab verən effektli mədəniyyət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərin, aparılan islahatların məntiqi davamıdır.

    Fərmanda beynəlxalq təcrübə, informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, nazirliyin tabeliyindəki musiqi məktəblərinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm məsələlər əksini tapıb".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR