Azərbaycanda kolbasa sexindən iyrənc görüntülər – FOTOLAR
Binəqədi rayonunun Biləcəri qəsəbəsində anti-sanitar şəraitdə ət məhsulları, yəni kolbasa istehsal edən müəssisə aşkarlanıb.
REAL xəbər verir ki, Murad Muradova məxsus olan müəssisədə AQTA-nın apardığı araşdırmalar zamanı məlum olub ki, bura sanitariya qaydalarına riayət edilmədən fəaliyyət göstərir. İstehsal edilən məhsullar yararlılıq müddəti bitmiş məhsullarla birlikdə saxlanılır. Yararlılıq müddəti bitmiş məhsullar təkrar emal üçün istifadə olunur.
Ət məhsulları “zadəgan” adı altında istehsal olunub.