AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu rayonlar qazsız qalacaq

  • + A
  • - A
  • 21-08-2019, 10:11

    Bu rayonlar qazsız qalacaq

    Bu gün səhər saat 09:00-dan Gəncə şəhərində bir qrup abonentin qaz təchizatı dayandırılıb. “Qafqazinfo”nun məlumatına görə, bu müddət ərzində aşkar edilmiş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra olunacaq.

    Həmçinin saat 09:30-dan 17:30-dək isə Göyçay rayonunun bir neçə kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində sazlama işləri aparıldığından təchizatda dayandırmalar olacaq.

    Bundan əlavə, avqustun 21-də səhər saat 10.00-dan Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbələri, Bilgəh qəsəbəsinin bir hissəsində, 2-ci Sovxoz yaşayış massivində, Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində, Suraxanı rayonunun Hövsan qəsəbəsində də qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək.

    Bu müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR