"Bizdə cinsi azlıqlar üçün məhdudiyyət yoxdur" - Səlim Müslümov
"Azərbaycan qanunvericiliyində cinsi azlıqlar üçün hər hansı bir məhdudiyyət yoxdur və işə götürülərkən kiminsə cinsi oriyentasiyası soruşulmur"
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
“Yəni qanunda belə bir məhdudiyyət yoxdur. Hər bir şəxsin hansı cinsə məxsus olmasından asılı olmayaraq istədiyi vəzifəni tutmaq hüququ var. Özü bildirməyənə qədər heç kim bilməyəcək ki, onun cinsi nədir”-deyə nazir vurğulayıb.