AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ŞİRİN CƏFƏRİ - 48

  • + A
  • - A
  • 24-03-2021, 13:33

    ŞİRİN CƏFƏRİ - 48

    Cəfəri Şirin Abbasqulu oğlunun Azərbaycan mətbuatındakı fəaliyyəti, məhz bugünə qədər onun yaşadığı ömür payının 50%-ni təşkil edir. Yəni, fikirimi belə bir girişlə başlamaqda məqsədim ondan ibarətdir ki, milli mətbuatımızı qorumaq üçün o, ötən illər ərzində ən iri ranqlı məmurlarla haqq-ədalət mübarizəsi apardı, bütün təhdidlər, hədələr, ​ həbs olunmaq təhlükəsi və s. onu apardığı mübarizə yolundan çəkindirə bilmədi. Bu gün də Şirin Cəfəri “yolçu yolda gərək” deyib Azərbaycan mətbuatının azadlığı, istiqlalı uğurunda mübarizə yolunu davam etdirməkdədir. Çünki onun əsas məqsədi, bugünkü mətbuatımızı yaltaqsız, satqınsız, bir sözlə tam şəkildə azad görməkdən ibarətdir. İnanırıq ki, bu mübarizə yolu Şirin Cəfərini heç bir halda ​ yoryormayaca.

    Bu şəxsin əsas istəklərindən biri də, məhz Azərbaycan jurnalistikasına yiyələnən bugünkü gənclərin azad, firəvan, sərbəst fəaliyyət göstərə bilmələrinə çalışmasıdır ki, onlar məmur özbaşınalığı ilə, hansısa haqsızlıqla və s. üz-üzə qalmasınlar. Bu yerdə ABŞ-ın üçüncü prezidenti olmuş Tomas Ceffersonun belə bir məşhur deyimi yada düşür: “Əgər mən “qəzetlərsiz hökumət olsun, yoxsa hökumətsiz qəzetlər” seçimi qarışısında qalsaydım, tərəddüd etmədən ikincini seçərdim…”. Bəli, tarixi təcrübə sübut edir ki,​ demokratik cəmiyyət quruculuğu yolunda ən mühüm istiqamətlərdən biri də, məhz mətbuat azadlığının təmin olunmasıdır. Faktdır ki, Azərbaycan mətbuatı cəmiyyətimizin güzgüsü olmaqla bərabər, eyni zamanda ictimai nəzarət funksiyasını da həyata keçirməkdədir. Buna baxmayaraq, hazırda mətbuatımız o qədər də azad, o qədər də sərbəst dedeyil.

    Onu da qeyd edim ki, bu gün “Gündəm Xəbər” müstəqil, ictimai-siyasi qəzetin təsisçisi və baş redaktoru ŞİRİN CƏFƏRİnin doğum günüdür! Ötən illər ərzində ölkəmizin aparıcı mətbu qurumlarından birinə rəhbərlik edən, daim haqqın-ədalətin müdafiəsində duran, Azərbaycan mətbuatına məxsus çoxsaylı problemlərin həllinə çalışan, hər cür maneə və çətinliklərə qorxmadan sinə gələn, bəzi hallarda həyatını təhlükə altında qoyan, amma hər cür sınaqdan üzüağ çıxan, bir sözlə arxada qoyduğu ömür yollarında şərəfli, vicdanlı addımları ilə yaxın tariximizdə silinməz izlər buraxan ŞİRİN CƏFƏRİni ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı arzulayırıq. Sözsüz ki, adı çəkilən bu şəxsin əldə etdiyi hər bir uğur, məhz rəhbərlik etdiyi yaradıcı kollektivin də uğuru deməkdir. Ona görə də, “Gündəm Xəbər” müstəqil, ictimai-siyasi qəzetinin yaradıcı kollektivi olaraq, ŞİRİN CƏFƏRİyə bundan sonrakı ömür yollarında və yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, xoşbəxt gələcək, firəvan həyat, müstəqil Azərbaycanımızın parlaq gələcəyi naminə daha nümunəvi, daha fədəkar addımlar atmasını arzu edirik!
    ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Hörmətlə, Kamal Mirzə və Redaksiya kollektivi!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR