Təhsil Nazirliyi I sinfə qəbul olunan və müəyyən zamanlarda tədrisə qoşula bilməyən şagirdin yenidən I sinifdə oxuyub-oxuya bilməməsi məsələsinə münasibət bildirib.
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib ki, ibtidai sinif şagirdlərinin sinifdə saxlanılmasına yol verilmir:
“Sadəcə olaraq, bu, uzunmüddətli xəstəlik səbəbindən olarsa, müvafiq səhiyyə orqanı tərəfindən təsdiqlənmiş sənədə baxıla bilər. Bu zaman həmin uşağın evdə təhsilə cəlb olunması məsələsinin müzakirəyə çıxarılması mümkündür”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.