Koronavirusla bağlı tətbiq olunan karantin rejimi səbəbindən Bakı metrosu uzun müddətdir fəaliyyət göstərmir. Bu səbəbdən sərnişin daşımaları bütünlüklə avtobusların üzərinə düşüb. Nəticədə günün pik saatlarında avtobus daynacaqlarında və avtobuslarda sıxlıq yaşanır, heç bir sosial məsafə gözlənilmir.
Bəs problemi aradan qaldırmaq üçün metronun fəaliyyəti müəyyən şərtlərlə bərpa edilə bilərmi?
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında deyib ki, insanların sağlamlığı metronun işləməməsindən daha vacibdir:
"Nazirlər Kabinetinin qərarına ilə Bakı metrosunun fəaliyyəti dayandırıb. Bu, birbaşa virusun yayılma ehtimalı ilə əlaqəlidir. Qərarda da qeyd olunur ki, koronavirus infeksiyasının sürrətlə yayılmasının qarşısının alınması üçün bu kimi addımlar atılıb.
Bizim işimiz sərnişindaşımanı təşkil etməkdir, metronun açılması qərarı və bu kimi mövzular Nazirlər Kabineti yanında Operativ Qərargahın üzərinə düşür. Ötən ilin mart ayında metro 3 gün, gün ərzində 5 saat fəaliyyət göstərib - səhər 2 saat, axşam 3 saat. Yəqin ki, onun nəticəsi olaraq infeksiyaya yoluxanların sayında artım oldu, Operativ Qərərgah tərəfindən təhlil edildi və metronun fəaliyyəti yenidən dayandırıldı. Metronun nə vaxt açılacağı barədə qərar ancaq Operativ Qərərgahın peşəkar yanaşmasından sonra verilə bilər", - deyə Bəxtiyar Məmmədov əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.