Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardım göstərilməsi məqsədilə 15 mart 2021-ci ildən TƏBİB tərəfindən yaradılmış psixoloji yardım mərkəzləri fəaliyyətə başlayıb.
Psixoloji dəstək xidməti 7 tibb mərkəzində - Sumqayıt 3 saylı poliklinika, Gəncə 6 saylı poliklinika, Gəncə 3 saylı Şəhər Xəstəxanası, Quba, Şirvan, Lənkəran, Ağdam və Şəki Rayon Mərkəzi Xxəstəxanlarında həyata keçirilir. Layihə üçün 15 psixoloq cəlb edilib.
Eyni zamanda TƏBİB tərəfindən İTSDA 1542 Çağrı mərkəzinə inteqrasiya edilmiş “Psixoloji dəstək xətti”-ndə (daxili nömrə-2) fəaliyyət göstərən psixoloqlar tərəfindən onlayn şəkildə psixoloji dəstək xidməti göstərir.
Regional psixoloji yardım mərkəzlərində fəaliyyət göstərəcək 15 psixoloqun bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə Ümumdünya Səhiyyə Təşkilatı, Beynalxalq Qırmızı Xaç Komitəsi, Türkiyə Cumhuriyyətinin müvafiq qurum və mütəxəssisləri, həmçinin yerli mütəxəssislərin dəstəyi ilə davamlı təlim və superviziya proqramları həyata keçirilir.
Psixi pozuntuların diaqnostikası, müalicəsi və psixoloji xidmət üzrə İşçi Qrupu tərəfindən hərbiçilər, şəhid ailələri və terror qurbanları üçün müvafiq dəstək xidmətlərinin təşkili və təqibi üçün aktiv tədbirlər reallaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.