Dövlət Miqrasiya Xidməti COVİD pandemiyası ilə əlaqədar təhlükəsiz və sağlam əmək şəraitinin təminatı istiqamətində tədbirləri davam etdirir. Koronavirusla mübarizə tədbirləri çərçivəsində bu gün əməkdaşların vaksinasiyası həyata keçirilib. Xidmət rəhbərliyi də daxil olmaqla bütün əməkdaşlar TƏBİB-in peşəkar tibbi personalının iştirakı ilə vaksinasiya ediliblər.
Koronavirusa qalib gəlmək üçün hər kəsi məsuliyyətini dərk edərək, sanitar-gigiyenik qaydalara əməl etməyə, vaksinasiya olmağa, yaxınlarınızın və ailə üzvlərinin sağlamlığını düşünərək ehtiyatlı davranmağa çağırırıq. Biz birlikdə güclüyük.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.