AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuz “ASAN xidmət”də “Birlikdə yaşadaq” tədbiri təşkil olunub

  • + A
  • - A
  • 26-05-2021, 16:07



    26 may 2021-ci il tarixində Tovuz regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.

    Tədbir çərçivəsində mərkəzdə könüllülər tərəfindən müxtəlif tullantılardan hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.

    Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.

    Məqsəd məişət tullantılarına ikinci nəfəs verməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması və sərgi-satışdan toplanmış məbləğin “YAŞAT” Fonduna köçürülməklə şəhid ailələrinə və yaralananlara dəstək olmaqdır.

    Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR