AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Heç bir təşkilat tərəfindən idarə olunmuruq” - Tibb İşçiləri Birliyi açıqlama YAYDI

  • + A
  • - A
  • 29-05-2021, 21:38


    “Sertifikasiyaya son!” tələbi ilə sosial platformalarda cəmləşmiş 5 mindən çox həkim narazılıqlarının cəmiyyətdə doğru şəkildə anlaşılmamasından narahatdırlar.

    Azadmedia.az saytına müraciət edən Azərbaycan Tibb İşçiləri Birliyinin rəhbərliyi, müxtəlif qrupların təşkilində rol almış həkimlər etiraz etdikləri məsələləri ictimaiyyətə çatdırmağımızı xahiş ediblər. Müraciət mətnində deyilir:

    “Aydınlıq gətirmək istəyirik ki:

    - Etirazımız tibb işçilərinin məcburi sertifikasiya imtahanınadır!

    -Davamlı tibbi təhsilə heç bir etirazımız yoxdur, əksinə keyfiyyətli praktik kursların, elmi seminarların, konfransların, xaricdə təcrübə proqramlarının təşkilini istəyirik!

    - Imtahana etiraz edən tibb işçiləri (5000 nəfərdən çox) bir neçə aktiv təşkilatçının təşəbbüsü ilə könüllü şəkildə bir araya gəliblər, çünki, problem ümumi səhiyyənin inkişafına süni bir maneə olduğu üçün hər kəs ləğvini istəyir. Yəni heç bir təşkilat, qurum və ya müəssisə tərəfindən idarə edilmirik!

    - Tək mübarizə üsulumuz - məsələnin qanun çərçivəsində həllini tələb etməkdir. Bunun üçün vəkillərimiz var və onlar bizim hüquqi nümayəndəmiz olaraq lazım olan bütün prosedurları həyata keçirilər.

    -Azərbaycan Tibb İşçiləri Birliyi olaraq indiyə qədər olduğu kimi, bu gündən sonra da bir nəfər kimi millətimizə, dövlətimizə xidmətdəyik və bununla qürur duyuruq!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR