Uşaqların asudə vaxtlarını daha səmərəli keçirmək, onlara yaddaqalan həftəsonu təşkil etmək məqsədilə bazar günü Abşeron milli parkında mavi səma altında çərpələng uçurma yarışı keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbirdə uşaqlar dəniz sahilində çərpələnglər uçurub, qum oyunları ilə əylənib.
Qeyd edək ki, milli parka gələn ziyarətçilər açıq havada dəniz sahilində maraqlı həftəsonu keçiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.