AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Davamlılıq Planı layihəsi icra olundu

  • + A
  • - A
  • 1-06-2021, 21:37


    31 May, 2021-ci il tarixində “Həyat” humanitar təşkilatı ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Cəbhə bölgəsində yaşayan məcburi köçkün icmalarının gücləndirilməsi: müəllimlər üçün ingilis dili kurslarının təşkili və yerli təhsil potensialının artırılması” lahiyəsi çərçivəsində Füzuli rayonunda “Özünə Yardım Qrupları” (ÖYQ) və “İcma Qruplarının” (İQ) yaradılması və inkişaf etdirilməsinə dair davamlılıq planının müzakirəsi və təqdim olunması üçün yekun tədbirini keçirdi. Tədbirdə Füzuli rayon Təhsil İdarəsinin müdiri Ramella Məmmədova, Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi və Araz Yağlıvənd, Aşağı Alxanlı, Qarabağ, Kərimbəyli, Qazaxlar və Üçbulaq kənd tam orta məktəblərinin, eləcə də 27, 33, 34 və 39 nömrəli tam orta məktəblərinin ingilis dili müəllimləri iştirak etmişdir. Yekun tədbirin məqsədi təlimçilərin təlimi vasitəsilə ingilis dilinin tədrisi üzrə müəllimlərin peşə ixtisasının artırılması və Füzuli rayon Təhsil İdarəsinin rəhbərliyi altında layihə müəllimləri tərəfindən hədəf məktəblərində ingilis dili tədrisinin səviyyəsinin yüksəldilməsi üçün yekun davamlılıq planının təqdimatı idi. Bu səbəbdən, məcburi köçkün icmalarının məskunlaşdığı müharibə bölgəsi yaxınlığındakı ucqar bölgələr üçün sosial fəaliyyət və təhsilə çıxış məhdudiyyətlərini nəzərə alaraq ÖYQ və İQ-ların yaradılması və idarə edilməsinin vacibliyi irəli sürülmüşdür. Tədbir iştirakçıları ÖYQ və İQ-ların yaradılması üçün ingilis dilinin tədrisində eyni sosial-iqtisadi çətinlikləri bölüşən insanların bir araya gəlməsi və bu çətinliklərin effektiv bir şəkildə aradan qaldırılması nəzərdə tutan Davamlılıq Planı ilə ətraflı tanış oldular. Füzuli rayon Təhsil İdarəsinin müdiri və Füzuli rayon İcra hakimiyyətinin nümayəndəsi çıxışlarında sadalanan məktəblərdə ingilis dilinin tədrisindəki effektiv sinif mühitinin təşkili və tədris metodlarındakı çatışmazlıqların aradan qaldırılmasının vacibliyini bildirdilər. Eyni zamanda, tədbirdə iştirak edən ingilis dili müəllimləri, ÖYQ və İQ-larının məqsədləri, qiymətləndirmə prosesləri, şagirdlərin dərsdə iştirakı, sinif daxilində texnoloji resurslardan istifadənin əhəmiyyəti, eləcə də ingilis dili tədrisi üçün təkmilləşdirmə sahələri haqqında ətraflı məlumatlarla tanış oldular. Müəllimlərin ingilis dilinin tədrisində üzləşdikləri problemlər müzakirə olundu və bu istiqamətdə Davamlılıq Planı əsasında mümkün həll yolları irəli sürüldü.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR