Azadmedia.az xəbər verir ki, Məcburi köçkün məktəblərinə yerli şagirdlərin qəbuluna yalnız o halda icazə verilir ki, yerli şagirdin yaşadığı ərazidə 2 km məsafədə yerləşən məktəb olmasın.
Belə ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.
O qeyd edib ki, əgər 2 km məsafədə məktəb yerləşirsə, o halda yerli şagirdin məcburi köçkün məktəbinə qəbul olunmasına icazə verilmir.
Nazirlik rəsmisi bildirib ki, məcburi köçkün məktəblərinin dislokasiyası tez-tez dəyişir:
“44 günlük Vətən müharibəsində qələbəmiz, torpalarımızın işğaldan azad edilməsi nəticəsində məcburi köçkün məktəblərinin əvvəlki yaşayış məntəqələrinə köçürülməsi gözlənilən prosesdir. Bundan əvvəldə məcbiru köçkünlər üçün yeni tikilən qəsəbələr, yaşayış məntəqələrinə məcburi köçkün məktəblərinin dislokasiyası baş verirdi.
Belə olan halda həmin məktəblərin dislokasiyası zaman yerli şagirdlərin yerdəyişməsi ilə bağlı ciddi problemlər yaşanırdı. Bu baxımdan 2 km məsafə əsas şərt kimi götürülür”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.