AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakının bu yollarında sıxlıq var - SİYAHI

  • + A
  • - A
  • 16-08-2021, 14:45



    Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

    Bu barədə Azadmedia.az a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik:

    - Şah İsmayıl Xətai prospektinsə (Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən, Əbdüləzəl Dəmirçizadə  küçəsi ilə kəsişməyə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospektinə çıxan yol) davamlı olaraq qısa müddətli sıxlıqlar müşahidə olunmaqdadır.

    - Alı Mustafayev küçəsi - köməkçi yolda - Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıq davam etməkdədir və demək olar ki, nəqliyyat vasitələrinin hərəkəti dayanmış vəziyyətdədir. Səbəb yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanmasıdır.

    - Tbilisi prospekti – (20 Yanvar dairəsindən başlayaraq, əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur).

    - Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşlar küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıqdır.

    - Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən, Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR