Bakının əsas küçə və prospektlərində sıxlıq var - SİYAHI
Hazırda Bakının əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunur.
Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb. Hərəkət sürəti aşağı düşdüyündən intervallarda gecikmələr var.
Hazırda sıxlıq müşahidə olunan küçələrin siyahısını təqdim edirik:
- Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti) sıxlıq
- Ziya Bünyadov prospekti - Əsas yol - (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı da daxil,eyni zamanda, Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqamətində) sıxlıq
- Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində) sıxlıq
- Afiyəddin Cəlilov küçəsi - (Cavanşir körpüsünün üzərindən, Hökumət Evi istiqaməti) sıxlıq
- Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən sıxlıq
- A.Nobel prospekti - (Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıq
- Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq
- Heydər Əliyev prospekti – Əsas yol və Kənar yol - (Koroğlu metro stansiyasının qarşısından, şəhər mərkəzi istiqamətində) sıxlıq
- 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq
- Tbilisi prospekti - (Hər iki istiqamətdə,şəhər mərkəzi və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, 20 Yanvar dairəsi istiqamətində) sıxlıq
- Yusif Səfərov küçəsi - (Cavanşir körpüsü istiqamətində) sıxlıq
- Həsən bəy Zərdabi prospekti (20 Yanvar dairəsinə düşən hissə) sıxlıq