2022-ci ilin yanvar ayı ərzində Türkiyə təhlükəsizlik qüvvələri 47 terrorçunu zərərsizləşdirib.
Azadmedia.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəsmisi İsmayıl Çataklı bildirib.
Terrorçulardan 34-ü sağ ələ keçirilib, 13-ü isə könüllü təslim olub. Onlardan 38-i PKK, 8-i İŞİD, 1-i solçu terror təşkilatlarının fəaliyyətində iştirak edib.
Məlumata görə, yanvar ayı ərzində Türkiyədə beş terror aktının qarşısı alınıb.
Əməliyyatlarda 310 təhlükəsizlik əməkdaşı və 20 jandarm briqadası, jandarm xüsusi təyinatlıları və bölükləri iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.