AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

9 gündür aclıq aksiyası keçirdiyini deyən şəxslə bağlı - Rəsmi açıqlama

  • + A
  • - A
  • 8-06-2022, 21:00

    9 gündür aclıq aksiyası keçirdiyini deyən şəxslə bağlı - Rəsmi açıqlama


    Sosial şəbəkələrdə qazi olduğunu bildirən şəxsin 9 gündür aclıq keçirdiyi ilə bağlı görüntülər yayılıb. O iddia edib ki, iş tapa bilmədiyi üçün aclıq aksiyası keçirir.

    AzadMedia.az xəbər verir ki, məsələyə Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayev münasibət bildirib.

    O qeyd edib ki, sosial şəbəkədə özünü qazi kimi təqdim edən, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 16, mənzil 7 ünvanında yaşayan Hümbətov Dayandur Elçin oğlu Vətən müharibəsində iştirak etməyib:

    "Saxtakarlığa yol verərək ictimaiyyətə özünü müharibə iştirakçısı kimi təqdim etməklə diqqəti öz çıxışına yönəltmək və bununla da qazi kimi şərəfli adı ləkələmək cəhdləri yolverilməzdir.

    Dayandur Hümbətov dəfələrlə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon xidmət şöbəsinə yaxınlaşaraq, qeyri-etik formada, vətəndaş qəbulu qaydalarını pozaraq müraciət edib. Əsas istəyi ictimai işlər proqramına qoşulmaq, sosial işçi kimi işlə təmin olunmaq olub. Ona işlə təmin olunmaq üçün qeydiyyatda olduğu və vakansiya yarandığı halda işlə təmin olunacağı bildirilib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR