AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Köçərli Həsənov Qax şəhərində Qax və Şəkidən olan vətəndaşları qəbul edib

  • + A
  • - A
  • 26-11-2022, 19:46

    Köçərli Həsənov  Qax şəhərində Qax və Şəkidən olan vətəndaşları qəbul edib

    Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 25 noyabr 2022-ci il tarixində Qax şəhərində Qax və Şəkidən olan vətəndaşları qəbul edib.

    Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
    Qax Şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Qax və Şəkidən olan 29 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR