AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan cəmiyyətinin birliyi ictimai rəydə – Sorğu

  • + A
  • - A
  • 6-01-2023, 13:08

    Azərbaycan cəmiyyətinin birliyi ictimai rəydə – Sorğu

    Yaxın tarixi təcrübə, xüsusən postpandemiya mərhələsində baş verən hadisələr ictimai-siyasi birliyin məzmunu məsələsini yenidən aktuallaşdırmaqla, qloballaşma tendensiyasına qarşı milli dövlətlərin əhəmiyyətini özünə qaytarıb. Bununla belə, sosial nəzəriyyələrdə rəqəmsallaşan, liberallaşan, fərdiləşən Qərb cəmiyyətlərində ictimai sferanı fərqli kimliklərin mübarizə məkanına çevirərək ortaq tarixi reallığı və ictimai-siyasi bazisi sorğulayan, ideoloji, siyasi, iqtisadi və digər mənalarda “təşkilatlanmış cəmiyyətlər”in çöküşünə aparan yeni transformasiyalar da nəzərdən qaçırılmamalıdır.
    Mövzunun aktuallığını nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan cəmiyyətində birliyin, bütünlüyün məzmununa ictimai münasibətin öyrənilməsi məqsədilə rəy sorğusu keçirib. Bu məqsədlə, respondentlərə “Azərbaycan cəmiyyətinin birliyini, bütünlüyünü necə görürsünüz?” sualı ünvanlanıb.
    Nəticələrə əsasən, respondentlərin əsas hissəsi, 32,5%-i Azərbaycan cəmiyyətinin birliyini siyasi birlik kimi xarakterizə edib. Təhlillər yaşı 65-dən yuxarı olan respondentlərin (43,1%) 18-24 yaş qrupunu təmsil edənlərlə (17,4%) müqayisədə bu mövqeyi daha çox bölüşdüyünü göstərir. Sorğuda iştirak edən hər üç nəfərdən birinin siyasi birlik amilini qeyd etməsi milli-etnik və dini müxtəlifliyə malik Azərbaycan cəmiyyətində vətəndaş kimliyinin bütün digər xüsusiyyətlərdən daha yuxarıda dayandığını göstərir.
    Sorğu iştirakçılarının 29,9%-i Azərbaycan cəmiyyətinin mövcud birliyini və bütünlüyünü milli-tarixi birliyin formulu kimi dəyərləndirib. Başqa sözlə, bu mövqedən çıxış edənlər cəmiyyətin formalaşmasını, hazırkı birliyini və bütünlüyünü paylaşılan ortaq tarixi təcrübələr, milli birlik və bərabərlik ilə əsaslandırıb. Yaş kateqoriyası üzrə nəticələrin təhlilinə əsasən, gənc respondentlərin 52,2%-i, eləcə də yuxarı yaş qrupuna aid olanların 29,4%-i bu mövqedən çıxış edib.
    Sorğuda iştirak edənlərin 13,4%-i əxlaqi-mənəvi amilləri əsas götürərək, cəmiyyətinin bütünlüyünün bazisini dini-mənəvi əsaslarla əlaqələndirib. Həmçinin sorğuda iştirak edənlərin 9,0%-i cəmiyyətin birliyini, bütünlüyünü ideoloji amillərlə xarakterizə edib.
    Respondentlərin 11,8% bu suala rəyini ifadə etməkdə çətinlik çəkib, 3,4%-i digər cavab variantlarını qeyd edib.
    Qeyd edək ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR