Azadmedia.az xəbər verir ki, Malatya Qubernatorluğu zəlzələdə dağılan binalarla bağlı açıqlama verib.
Malatya Qubernatorluğu Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan binaların sayının indiyədək 3437 olduğunu açıqlayıb.
Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən şəhərdə indiyə qədərki vəziyyətlə bağlı məlumat verilib.
Açıqlamada bu günədək 3 min 437 binanın dağıldığı, 19 min 822 ağır və 2 min 79 orta ziyanlı binanın müəyyən edildiyi, təcili söküləcək binaların sayının isə 527 olduğu bildirilib.
Açıqlamada qeyd edilib ki, şəhərdə indiyədək 22 binanın qalıqlarının çıxarıldığı, 18 dağıntının çıxarılması üçün işlərin davam etdiyi, 19 min 169 nəfərin 2 min 939 çadırda, 6 min nəfərin yerləşdirildiyi bildirildi. 395 nəfər qapalı ərazilərdə qalıb, 13 min 488 çadır paylanıb.
Açıqlamada o da qeyd edilib ki, 300 min 550 nəfərə gündəlik isti yemək verilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.