Britaniya kralı III Çarlz şahzadə Keyt Middltonu ictimaiyyətə ona xərçəng diaqnozu qoyulduğunu söyləməyə təşviq edib.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, Keyt Middlton III Çarlzın xərçəng olduğunu elan etməsindən sonra aldığı dəstək və səmimi münasibətdən ilhamlanıb.
“Keyt və Uilyamın xəbəri açıqlamaq qərarına təsir edən amillərdən biri Kralın xərçəng olduğunu deməsindən sonra gördüyü isti münasibət və dəstək oldu. Bu, müəyyən mənada stimul rolunu oynadı”, - mənbə bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.