"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm... Bu gün onlar məni Aytən Səfərova edib".
Bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir:
"Hər bir səhv insana Allahdan verilən imtahandır. Bir dəfə verirsən, sonra düzəltmək mümkün deyil. Həmişə iki çıxış olur. Bu gün hansı qapını seçirsənsə, gələcəkdə yolların bağlı ya da açıq olacaq. Ondan asılıdır. Mən ən çox efirdə qadınları müdafiə edirəm. Bir cümləmlə belə insanın təfəkkürü dəyişirsə, mənim üçün izah olunmazdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.