AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Agentliyin nümayəndə heyəti Türkiyənin məşğulluq sahəsindəki təcrübəsi ilə tanış olub

  • + A
  • - A
  • 10-05-2024, 15:41

    Agentliyin nümayəndə heyəti Türkiyənin  məşğulluq sahəsindəki təcrübəsi ilə tanış olub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Türkiyə Respublikasının İzmir şəhərində rəsmi səfərdə olub.

    Məqsəd Türkiyənin məşğulluq sahəsindəki təcrübəsinin öyrənilməsi, Türkiyə Məşğulluq Xidmətinin (İŞKUR) Regional Məşğulluq filiallarında vətəndaş qəbulunun təşkili və karyera məsləhəti xidmətlərinin göstərilməsi prosesi ilə yaxından tanış olmaqdır.

    Səfər çərçivəsində nümayəndə heyəti İŞKUR-un İzmir şəhərində yerləşən Regional Məşğulluq filialında iş prosesi ilə tanış olub, İŞKUR-un iş və peşə məsləhətçiliyi xidmətləri və İş Klubunun fəaliyyəti barədə təqdimatlar edilib.

    Bundan başqa Agentliyin nümayəndələri Türkiyənin Çiğli və Bornova Sosial Xidmət Mərkəzinə də səfər edərək Mərkəzlərin fəaliyyəti ilə tanış olublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR