Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti dayandırılıb. Yoldakı işıqlandırma dirəkləri sökülüb, ərazidə ağır texnikalar işləyir.
Sosial şəbəkələrdə körpünün son vəziyyətini əks etdirən görüntü yayılıb.
Fotodan aydın olur ki, söküntü işləri sürətlə aparılır. Artıq bu gündən körpünün dəmir-beton konstruksiyalarının da sökülməsinə başlanılıb.
Körpünün hazırkı vəziyyətini əks etdirən görüntünü təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.