İnquşetiya Respublikasında fəaliyyət göstərən İnquşütiya azərbaycanlıları Şuşa regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti Rəhmətulla Babayev və diaspora üzvüləri milli ordunun yaranması və silahlı qüvvələrin keçdiyi şanlı yola tarixi nəzər saldılar.
26 İyun- Silahlı Qüvvələr Günündə ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.
Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Azərbaycanın güclü, peşəkar ordusu var.
Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi.
«Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.
26 İyun- Silahlı Qüvvələr Gününü fəxrlə qeyd etmək statusuna malik az insanlardan biri də mən deyərdim ki, İnquşütiya azərbaycanlıları Şuşa regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti Rəhmətulla Babayevdir. I Qarabağ müharibəsində Silahlı Qüvvələrin cərgəsində erməni qəsbkarlarına qarşı mətnlə döyüşüb qazi olan Rəhmətulla Babayevin keçdiyi döyüş yoluna qısa da olsa nəzər yetirək:
-Babayev Rəhmətulla Ramazan oğlu 01.04.1957-ci il tarixdə Zaqatala rayonunda doğulub boya-başa çatıb. Hal-hazırda Azərbaycan vətəndaşıyam, özüm yaşamaq hüququ ilə İnquşetiya Respublikasının Malqabek şəhərində yaşayıram.
Xocalı faciəsi baş verdikdən sonra milli ordunun formasını geyinib mənfur düşmənlərimizə qarşı döyüşmək üçün konüllü olaraq döyüş bölgəsinə getdim.1994-cü ilə qədər Zaqatala könüllülər batalyonunun komandiri olmuşam. 08.06. 1993-cü il tarixdə Sahbulaq istiqamətində gedən döyüşlərdə mən ağır yaralandım. Məni ilk öncə Ələt qospitalına gətirdilər. Səhhətimdə ciddi problemlər olduğu üçün məni Sumqayıt hərbi qospitalına göndərdilər. Müalicəm başa çatdıqdan sonra yenə öz batalyonuma qayıtdım. Bir müddət Qərargah rəisi işlədikdən sonra ordudan təxris olundum.
1996-cı ildə Rusiya Federasiyasının İnquşetiya Respublikasına gəlib və burada yaşamaq qərarına gəldim. Böyük Vətən müharibəsi illərində atamın əmisi itkin düşmüşdu. Milyonlarla insanın həyatına son verən bu müharibə zamanı Malqabek şəhərində üç minə yaxın azərbaycanlımız həlak olmuşdur və onları araşdırıram. Araşdırmaların nəticəsi olaraq həlak olan azərbaycanlıların siyahısında atamın əmisinin soy adını tapdım. Bundan sonra İnquşetiya Respublikasının Malqabek şəhərində məskunlaşmağa qərar verdim.
-1991-ci ildə yaranmış münbit tarixi şəraitdən məharətlə istifadə edən xalqımız öz müstəqilliyini elan etdi. Əsrin əvvələrində olduğu kimi yenə də yeni yaranmış dövlətimiz çox ciddi təhlükələrlə üzbəüz idi. “Böyük Ermənistan” qurmaq ideyası ilə alışıb-yanan ermənilər Dağlıq Qarabağda separatçı hərakat başladaraq, açıq mübarizəyə keçmişdilər.
Xalqımızın dahi oğlu, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkə böyük bir fəlakətdən xilas edildi. Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində milli birlik və həmrəyliyin böyük rol oynaya biləcəyini nəzərə alaraq dünyanın müxtəlif ölkələrinə səpələnmiş, bir-biri ilə lazımi əlaqələrə malik olmayan soydaşlarımızın milli dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında cəmləşdirilməsini vacib hesab etdi. Bu, təxminən bir əsrlik fəaliyyət tarixi olan erməni diasporunun bütün dünyada, əsasən də Qərb ölkələrində tarixi saxtalaşdırmaqla məşğul olaraq sülhsevər Azərbaycan dövləti, eləcə də türk dünyası əleyhinə qarayaxma siyasətinə qarşı güclü bir sipər idi.
Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun sadiq və layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənabları da azərbaycan lobbiçiliyinin istiqamətinə təkanverici sərəncamları və qayğısı ilə dünya azərbaycanlılarının birliyinə nail olmuşdur. O, dünya azərbaycanlılarına müraciətində qeyd edib: “Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qaşısının alınması üçün hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır... . Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir...”
Biz diaspora təşkilatı olaraq burada yasayan Azərbaycanlılarla və mütamadi olaraq görüşlər keciririk. Inquşetiya Respublikasında yaşayan xalqların nümayəndələrinə Azərbaycanda baş verənləri və Qarabağ həqiqətlərini çatdırılması üçün Azərbaycan günləri, Azərbaycan gecələri kimi tədbirlər keçiririk. Bizim təşkilatçılığımızla Malqabek şəhər kitabxanasında Azərbaycan yazıçılarının əsərlərinin təbliği məqsədilə guşə yaradılmışdır. Bundan əlavə tarix muzeyində 1941-1945-ci il müharibəsində həlak olmuş Azərbaycan əsgərlərimizin adları yazilmis baralef yer almışdır. Biz burda xaroqrafiya mərkəzi və bazar günü məktəbi yaratmışıq.
Mən 2011-ci ildə İnquşetiya Respublikasının (eks prezidenti Yevkurovun) yanında milli məsələlər üzrə məşvərət heyyətinin üzvü idim. Bu imkandan istifadə edərək Ondan xahiş etdim ki, Ulu öndərimiz Heydər Əliyevin adına park salınmasında bizə kömək etsin. Bu məsələ ilə əlaqədar bir neçə dəfə Moskva şəhərinə getmişik. Və nəhayət 2013-cü ilin noyabr ayında Heydər Əliyev parkı tikilərək istifadəyə verildi.
Bilirsiniz ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etməsi, dinc əhaliyə qarşı soyqırımı həyata keçirməsi bu ölkənin Azərbaycana qarşı uzun illər apardığı işğalçılıq və etnik təmizləmə siyasətinin davamı idi. Ümumiyyətlə, Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır. Çünki insanlar etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürülüb, işgəncələrə məruz qalıblar. Göründüyü kimi, bu soyqırımı erməni vandalizminin bariz nümunəsidir.
Ermənistan dövləti və erməni lobbisi tarixi faktları təhrif edərək dünya ictimaiyyətini aldatmağa, işğalçılıq və etnik təmizləmə siyasətinin nəticələrini ört-basdır etməyə çalışırlar. Amma yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dövləti tərəfindən həyata keçirilən sistemli və kompleks xarakterli tədbirlər nəticəsində erməni yalanları ifşa olunur, qarayaxma kampaniyası iflasa uğradılır.
İşğal edilmiş torpaqlarda bu gün ermənilər tərəfindən qanunsuz məskunlaşma siyasətinin aparıldığını möhtərəm prezidentimiz İlham Əliyev cənabları bütün beynəlxalq təşkilatlarda qaldıraraq, əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdığı kimi biz də bütün görüşlərimizdə bu istiqamətdə əməli işlər görürük.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaşiqəsi ilə bağlı həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, təcəvüzkarın ifşası Dövlətimizin xarici siyasətinin əsas prioritetini təşkil etdiyi üçün diaspora təşkilatları olaraq bu istiqamətdə əməli işlər görmək bizim ümdə vəzifəmizdir və vətəndaşlıq borcumuzdur. İctimai mənsubiyyətindən, yaşından və cinsindən asılı olmayaraq hər bir azərbaycanlı Dövlətimizin əsgəridir. Vətənimizin çağırışına hər zaman hazırıq.
Elçin ŞÜKÜR