
Azadmedia.az-ın Eskişehir bürosundan verilən xəbərə görə, 17.12.2022-ci il tarixində Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclər Birliyi tərəfindən Odunpazarı Gənclik Mərkəzində mükafatlı Nəsrəddin Tusi adına "Turan" intellektual yarışı keçirilib.
Yarışın təşkilində Eskişehir Azərbaycan Dərnəyi Gənclər Birliyinin sədri Zahir HACIZADƏ, sualların hazırlanmasında isə Səxavət DADAŞOV aktif iştirak ediblər.
Yarış başlamazdan əvvəl qaydalar izah edildikdən sonra, açılış nitqi üçün dərnəyin sədri Uzm. Əcz. Cavid AYDIN səhnəyə dəvət edildi və bütün iştirakçılara uğurlar arzulandı. Müəyyən qaydalara tabe olan yarışda hər birində 4 nəfərlik qruplar olmaqla 2 komanda iştirak edib.
Suallar çətinlik dərəcəsinə görə 10-30 balla qiymətləndirilib. Mədəniyyət, ədəbiyyat, biologiya, coğrafiya, incəsənət, texnologiya, kimya, siyasət, riyaziyyat, idman, musiqi, tarix, fizika, fəlsəfə sahələri üzrə bir-birindən maraqlı suallar verilmişdir. 40 sual səsləndirildikdən sonra xalları bir-birinə yaxin olan 5 komandaya final sualı verilib. İntellektual Yarışı maliyyə eksperti Bəxtiyar QARAYEV(komandanın kapitanı), Hafiz QARAŞLI, Abdullah MUSTAFALI və Ülvi ƏMİRCANOVun yer aldığı "Ulduz" komandası qalibiyyətlə başa vurublar.
Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Uzm. Əcz. Cavid AYDIN tərəfindən qalib komandanın üzvlərinə mükafat olaraq 23.12.20212 tarixində keçiriləcək “ Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il Şənliyi”nə dəvətnamələr təqdim edilib. Qalib komanda təbrik edildikdən sonra digər iştirakçılara təşəkkür edilib və xatirə şəkli çəkdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.